Ermənistan “Demokratiya Sammiti”nin bəyannaməsində Ukraynadakı vəziyyətlə bağlı bəndi qəbul etməkdən çəkinib.
Bu barədə “Kommersant” məlumat yayıb.
“Demokratiya Uğrunda Sammit”in təşəbbüskarı ABŞ Prezidenti Bayden olub. Plenar iclasın yekunu olaraq Ermənistanın da qeyd-şərtlə qoşulduğu Bəyannamə qəbul edilib. Sənəddə deyilir ki, sammit iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinin humanitar nəticələrini pisləyir, həmçinin qoşunların ölkə ərazisindən dərhal çıxarılmasını tələb edirlər. Sammit iştirakçıları “Ukrayna ərazisində törədilmiş beynəlxalq hüquq çərçivəsində ən ağır cinayətlərə” görə günahkarların məsuliyyətə cəlb olunmasını da dəstəkləyiblər. Ermənistan, Hindistan və Meksika da qeyd-şərtlə qoşulduğu Bəyannamənin bu bəndindən imtina ediblər. Ümumilikdə sənədi 73 ölkənin nümayəndəsi imzalayıb”, - məlumatda bildirilib.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası