Unutmasınlar ki, sülhməramlılar BİZİM TORPAQLARDADIR
Tarix: 27-03-2023, 08:55
Baxılıb: 2 404
Google+ Paylaş
Tumblr Paylaş

Unutmasınlar ki, sülhməramlılar BİZİM TORPAQLARDADIR

27-03-2023, 08:55


Azərbaycan öz torpaqlarında nəinki erməni quldur dəstələrinin, eləcə də “sülhməramlılar”ın uzun müddət qalmalarına imkan verməyəcəkdir!
Bunu GunAz.az-a Politoloq Teyyub  Qənioğlu Qarabağdakı vəziyyətləəlaqədar bildirib.
 O, qeyd edib ki, “Sülhməramlı” adı altında Azərbaycan torpaqlarına soxularaq özü kimi faşist xislətli erməni seperatçılarını tam məğlubiyyətdən xilas edən,müvəəqqəti yerləşdiyi ərazilərimizi de-fakto işğal edən və bu ərazilərdə özününki kimi davranan Rusiya, son günlər ölkəmizə qarşı bütün “qırmızı xətləri” artıq keçib və açıq-aşkar düşmənçilik mövqeyinə yuvarlanıb: 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin 4-cü bəndində nəzərdə tutulduğu kimi erməni quldur dəstələrinin Qarabağdan çıxarılmasına nail olmaq əvəzinə, tamamilə əks mövqe tutaraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, saymazyana, erməni seperatçılarının mövqelərinin hərbi cəhətdən gücləndirilməsi yolunu seçib. 
Teyyub Qənioğlu bildirir ki, 104 gündür Laçın-Şuşa yolunda keçirilən dinc aksiya səbəbbindən Xangəndinə silah-sursat daşımalarının qarşısı alındığı üçün Rusiya erməni seperatçılarının silah-sursatla təminatı üçün onlara alternativ Xankəndi-Xələfli-Turşsu yoldan istifadə imkanı yaratmış, bu azmış kimi, ondan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr- Turşsu yolunun çəkilməsinə  şərait yaratmış və beləliklə də, Azərbaycanın səbr kasasının dolmasına səbəb olmuşdur. Bunu nəzərə alaraq Azərbaycan haqlı olaraq erməni seperatçılarına qarşı özü tədbir görməyə başlayıb və qeyd edilən yolları öz nəzarətinə götürərək erməni quldurlarına silah-sursat daşınmasının qarşısını alıb. Erməni seperatçıları üçün canlı qüvvə, silah-sursat, eləcə də digər hərbi ləvazimatların daşınmasının qarşısının alınması Rusiyanı qıcıqlandırıb və o, həyasızcasına Azərbaycan ordusunun əvvəllki mövqelərinə qayıtmasını tələb edib. Rusiya “unudur ki”, müvəqqəti yerləşdiyi ərazi Azərbaycana məxsusdur və o, bu ərazilərdə istədiyi kimi davranmaq hüququna malikdir! 
Politoloq əlavə edib ki, Rusiya artıq başa düşməli və qəbul etməlidir ki, Azərbaycan öz torpaqlarında nəinki erməni quldur dəstələrinin, eləcə də “sülhməramlılar”ın uzun müddət qalmalarına imkan verməyəcəkdir! Hər şeydən göründüyü kimi, xalqın dəstəyinə və güçlü ordusuna arxalanan Azərbaycanın səbri tükənməkdədir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdə nəzərdə tutulanların sülh yolu ilə həyata keçirilməyəcəyi təqdirdə anti-terror tədbirlərini  həyata keçirmək əzmindədir. Nə qədər gec deyil, həm Ermənistan, həm də Rusiya bunu nəzərə almaq məcburiyyətindədir. Əks halda baş verəcək bütün hallar üçün məsuliyyət ilk növbədə Rusiyanın, sonra Ermənistanın üzərinə düşür. 
Bilman İSAQ
                                                                                                       
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ