Blinken Əliyev və Paşinyanla görüşəcək
Tarix: 18-02-2023, 12:08
Baxılıb: 1 629
Google+ Paylaş
Tumblr Paylaş

Blinken Əliyev və Paşinyanla görüşəcək

18-02-2023, 12:08

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu barədə ABŞ Dövlət Departamenti rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, görüş bu gün 13:35-də Almaniyanın Münhen şəhərində baş tutacaq.

Həmçinin, dövlət katibinin günün müxtəlif saatlarında İraqın Baş naziri Məhəmməd Əl Sudani, Fransanın xarici işlər naziri Ketrin Kolonna, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, G7 ölkələrinin xarici işlər nazirləri, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də görüşü gözlənilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ