Fazil Mustafa Türkiyədəki tələbələrlə bağlı çağırış etdi
Tarix: 13-02-2023, 13:56
Baxılıb: 2 811
Google+ Paylaş
Tumblr Paylaş

Fazil Mustafa Türkiyədəki tələbələrlə bağlı çağırış etdi

13-02-2023, 13:56

Türkiyədəki zəlzələdən sonra ali məktəblərin onlayn tədrisə keçməsi azərbaycanlı tələbələrin geri qayıtması məsələsini yenidən gündəmə gətirib. Təyyarə biletlərinin bahalığı isə onların geri qayıtmasına əsas maneədir. Bununla bağlı valideynlər sosial şəbəkələrdə öz narazılıqlarını bildirirlər.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, quru sərhədləri mütləq açılmalıdır.

“Həqiqətən də bu məsələ hamını narahat edir. Xüsusilə də tələbələrimizin Türkiyədən qayıtması ilə bağlı dövlət mütləq qəti tədbirlər görməlidir. Tələbə statusunda olan bütün şəxslərin quru yolla qayıtmasını təmin etmək lazımdır. Yəni buna hər hansı maneə artıq ola bilməz. Hər kəs böyük bir narahatlıq içindədir”, - millət vəkili deyib.

Onun sözlərinə görə, bu məsələyə kateqoriya üzrə yanaşmaq lazımdır:

“Quru sərhədlərin bağlanması tələbələrə şamil edilməməlidir. Çünki tələbələri təyyarə biletinə möhtac qoymaq olmaz. Rahat yolla qayıtması mümkündürsə, bunu təmin etmək lazımdır

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ