AZƏRBAYCAN-RUMINİYA STRATEJİ TƏRƏFDAŞ ÖLKƏLƏR
Tarix: 9-02-2023, 22:10
Baxılıb: 1 550
Google+ Paylaş
Tumblr Paylaş

AZƏRBAYCAN-RUMINİYA STRATEJİ TƏRƏFDAŞ ÖLKƏLƏR

9-02-2023, 22:10

2023-cü ilin fevralın 2-də ölkəmizə ilk dəfə rəsmi səfər edən Rumıniya Prezidenti Klaus Yohannisin və Azərbaycan prezidenti İlham Əliyevin Bakıda söylədiyi fikirlər bunu bir daha təsdiq edir ki, Rumıniya və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Bundan əlavə, Avropada Azərbaycana etibarlı dost və strateji tərəfdaş ölkələrdən biri olan Rumıniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyən ölkə olub. 2023-cü ilin fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı söylədiyi fikirlər bunu bir daha təsdiq edir ki, strateji əlaqələrimiz daha da dərinləşəcək.
2022-ci ildə Prezident İlham Əliyev Buxarestə səfər etdi. Həmin səfər zamanı dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalandı. İndi isə ölkəmizə ilk rəsmi səfərini Rumıniya Prezidenti Klaus Yohannis etdi.
Rumıniya prezidentini qəbul edən Prezident İlham Əliyev əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqləməklə ölkələrimizin strateji tərəfdaşlar olduğunu bəyan edib. Prezident bildirib ki, bütün sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır, biz irəliyə doğru gedərək artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir.
Rumıniya Prezidenti Klaus Yohannis isə öz növbəsibdə bildirib ki, biz hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik. Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir.Daha sonra Rumıniya Prezidenti Klaus Yohannis ”Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır”.-deyə ölkəmizin geosiyasi əhəmiyyətini açıqlayıb.
Ölkələrimiz arasında bütün sahələrdə müsbət nəticələr var. Azərbaycan prezidentinin qeyd etdiyi kimi,ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, bizim istədiyimizə uyğun deyil,çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Azərbaycan prezidenti bildirib ki,biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq.
Rumıniya Prezidenti Klaus Yohannis isə siyasi sahələrdə Qara dəniz hövzəsi regionundakı vəziyyəti cənab Əliyevlə müzakirə etdiyini və ortaq baxışlara malik olmaqla bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğulayıb və “bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirdik. Bununla da regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır. Biz Azərbaycanın etibarlı tərəfdaş olaraq belə layihələri gələcəkdə də irəli sürəcəyinə əminik”.-deyib.
Azərbaycan prezidenti İlham Əliyev təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələlərdən birinin energetika olduğunu qeyd edib. O,uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR-ın Rumıniyada uğurla fəaliyyət göstərdiyini, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposunun olduğunu, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi olduğunu qeyd edib.
Azərbaycan prezidenti həmçinin bizim əməkdaşlığımızın yeni mərhələyə çıxdığını, Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalandığını,beləliklə, Azərbaycan qazının Avropa məkanında yeni ünvana çatacağını, bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazının nəql ediləcəyini bildirib.
Digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində, Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar olduğu, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl imkanlar olduğu gürüşdə qeyd edilib.
Sonda bir daha qeyd edək ki, Rumıniya ilə Azərbaycan son 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir.
İLKİN ƏLİYEV
YAP QARADAĞ RAYON TƏŞKİLATININ FƏALI

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ