Çin Azərbaycan dostluğu DAİMİDİR
Tarix: 26-01-2023, 10:13
Baxılıb: 1 544
Google+ Paylaş
Tumblr Paylaş

Çin Azərbaycan dostluğu DAİMİDİR

26-01-2023, 10:13

Azərbaycan Respublikasının uğurlu xarici siyasəti nəticəsində beynəlxalq arenada bizi dəstəkləyən dost ölkələrin və dostlarımızın  sayı durmadan artır. Belə ölkələrdən biri də Şin Xalq Respublikasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrə və bir çox digər mühüm əhəmiyyətli məsələlərə aydınlıq gətirib.
Müxbirin “Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir.”-sualına Prezident İlham Əliyev ”Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır”.-cavabını verib. Prezident İlham Əliyev Çinlə Azərbaycanın gələcək əməkdaşlığı haqqında çox məhsuldar müzakirələrin aparıldığını və “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüş zamanı Çin liderinin Azərbaycan prezidenti İlham Əliyevi Çinin böyük dostu adlandırdığını bildirib. Daha sonra müxbirin Azərbaycan prezidentindən soruşduğu “Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz?”-sualının cavabında Prezident İlham Əliyev belə deyib: “Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq”.
Azərbaycan Prezidenti həmin müsahibəsində daha çox Çin şirkətini Azərbaycanda görməyə, enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid etdiyini, İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətlərinin Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərdiyini bildirib və qeyri-enerji sektorunda çin şirkətlərinə daha çox ehtiyac duyulduğunu dilə gətirib. O deyib:” Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq.
“Bir kəmər, bir yol” layihəsi haqqında verilən suala isə Prezident İlham Əliyev “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”.-cavabını verib.
İLKİN ƏLİYEV- 
YAP QARADAĞ RAYON TƏŞKİLATININ FƏAL GƏNCİ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ