Özümü 20 ildir Can Azərbaycana həsr etmişəm- Çavuşoğlu
Tarix: 20-01-2023, 08:35
Baxılıb: 1 921
Google+ Paylaş
Tumblr Paylaş

Özümü 20 ildir Can Azərbaycana həsr etmişəm- Çavuşoğlu

20-01-2023, 08:35

“Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana xidmət etmək üçün 20 ildir səfərbər etmişəm”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı türk icması və fəalları ilə görüşündə deyib.

“20 illik siyasi həyatımda ölkəmə, millətimə xidmət etmək mənim üçün bir şərəfdir”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Mövlud Çavuşoğlu Axısxa türklərinin hələ keçmiş SSRİ dövründə, o cümlədən imperiyanın sabiq rəhbəri İosif Stalinin hakimiyyətdə olduğu illərdə doğma yurdlarından didərgin salındıqlarını xatırladıb. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Axısxa türkləri Azərbaycan və digər türkdilli ölkələrdə məskunlaşıblar.

O, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə keçirdiyi görüşündən də bəhs edib, ikitərəfli və çoxtərəfli müzakirələrdən danışıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ