"Kim necə istəyir başa düşsün. Heç vaxt özümü bədbəxt qadın hesab etməmişəm. Qırılmışam, parçalanmışam, çox pis durumlarda olmuşam, amma özümü tez toparlaya bilmişəm. Bu yerdə də özümə "sağ ol" deyirəm. Psixologiyam çox gücüldür".
AvroMedia.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Gün ortası" verilişində deyib. Sənətçi ünvanına deyilən tənqidlərə reaksiya verib:
"Hansısa efirdə kövrəlmişəm, ağlamışam. İnsanlar deyir, ev yıxanın evi olmaz. Yazırlar, görürəm bunu. Deyirlər, bilmirdin belə... İnsanlara bunu başa sala bilməzsən. Bir yerdən sonra anlayırsan ki, başa salmaq lazım deyir. Buna ehtiyac yoxdur. Doğru səni doğru görəcək, həyatda heç bir amalı, planı olmayan da səni boş görəcək. Çünki özü boşdur.
Heç kimin yanında özümü sübut edəcək niyyətim yoxdur. Çünki mən övladıma örnək ola bilərəm".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi