"Biz hər məclisimizi, səfərimizi sosial şəbəkədə paylaşmırıq. Bu gün Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Əməkdar artist Manana Çaparidze və həmçinin mən də hər şeyə iş rakursundan baxırıq. İşlərin peşəkarcasına təqdim olunmasını istəyirik. Bizim arxamızda böyük komanda çalışır. Biz məclislərə tək getmirik, yanımızda art direktorumuz, stilistimiz, səs rejissorumuz olur".
AvroMedia.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Gün ortası" verilişində deyib. O, ad çəkmədən bəzi ifaçıların ünvanına sərt sözlər deyib:
"Yoxsa, bu gün Zümrüdün, sabah başqasının, o biri gün isə digərinin efirindəyəm. Hesab edirlər efirdə olduqca insanlar düşünəcəklər ki, bunlar da şou-biznesdədirlər. Onlar şou-biznesə daxil olmayıblar. Sadəcə həmin gün sən lazımsan. Gündəm deyirlər, günün sadəcə dəmini yaratmaq üçün lazımsan. Sonra efirdə olmayacaqsan və inan ki, tamaşaçıların yadına düşməyəcəksən. Heç kimi aşağılamıram. Sənin bəlli bir dinləyicin var və hamısı eyni olaraq sizə qulaq asır.
Biz bu sənətdə canımızı fəda etmişik. Təqdimatlar hazırlayırdıq, Xalq artistlərini dəvət edirdik ki, qiymət verin, nəcədir? İndi bunlar arada efirə kloun kimi efirə çıxırlar. Bir efirdən sonra elə bilirlər ki, böyük sənətkardırlar. Day demirlər ki, həmin gün səni gülmək üçün çağırıblar. Bir bunu anlayın da... Özlərini Xalq artistləri ilə müqayisə edirlər. Baxırsan və deyirsən ki, ayıl, bu gün burada məsxərə üçünsən".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi