Məşhur müğənni və rejissor Mahsun Kırmızıgül son aylarda yaşadığı ağrılı itkilərdən sarsılıb.
AvroMedia.az news24-ə istinadən xəbər verir ki, sənətçinin 99 yaşlı anası Faike Arık 6 dekabr 2024-cü ildə dünyasını dəyişib. Bu itkidən qısa müddət sonra ögey anası Zühre Bazencirin ölümü onu bir daha sarsıdıb. Kədərini sosial şəbəkədə paylaşan Kırmızıgül hisslərini “Ürəyim yanır” sözləri ilə dilə gətirib.
Bu stress və emosional dağıntıdan sonra Kırmızıgül bir müddət əvvəl ürək döyüntüsü şikayətləri ilə xəstəxanaya müraciət edib. Xüsusilə müğənni Volkan Konakın səhnədə infarkt keçirərək vəfat etməsi Kırmızıgülün xəstəliyini ciddi qəbul etməsinə səbəb olub.
Kardiologiya şöbəsində aparılan müayinələrdən sonra Kırmızıgülün səhhətinin yaxşı olduğu və ciddi problem olmadığı öyrənilib. Son zamanlar yaşadığı itkilərlə gündəmdə olan Mahsun Kırmızıgülün bir müddət dincələcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi