Xəbər verdiyimiz kimi, bu dəfə erməni plagiatlığının qurbanı Xalq artisti Aygün Kazımova olub.
AvroMedia.az-ın məlumatına görə, erməni qarmon ifaçısı Toros Papoyan Pop kraliçanın qlobal trendə düşən "S.O.S" mahnısını oğurlayıb.
Amma ermənilərin Azərbaycan musiqisinə qarşı növbəti plagiatlıq cəhdinin qarşısı tez bir zamanda alınıb. Torosun özünü müəllif kimi göstərdiyi mahnı yutubdan “Beat Music” MMC-nin şikayəti ilə silinib.
Qeyd edək ki, “S.O.S” mahnısı hazırda bütün dünyada elektron musiqi platformalarında sürətlə yüksəlməyə başlayıb.
Bəstə 2024-cü ilin iyulunda təqdim edilib. Yutubda 42 milyondan çox izlənən mahnının sözləri Orxan Qarabasmaya, musiqisi isə Kazım Cana aiddir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi