"Belə bir deyim var: Güclü olanlar sağ qalırlar. Mən bununla razı deyiləm. Daha çox zamanla ayaqlaşanlar sağ qalırlar. Zamanın yeni nəbzi var. Mənim iradım bizim bəstəkarlarımızadır. Mən onlarda daha çox günah görürəm, nəinki həmkarlarımda".
Bu sözləri Xalq artisti Faiq Ağayev "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olarkən deyib. O, son illər bəstəkarların mahnı bəstələməməsindən şikayətlənib:
"10 il olarki bəstəkar mahnısı eşitmirəm. Mahnı yazanlar var. Amma peşəkar bəstəkarlarımız hara qeybə çəkilib, nədən inciyib yazmırlar? Bilirəm ki, onlar bu günün nəbzini tutacaq qədər güclüdürlər. Bəzən insan özünü artıq hiss edir. Düşünür ki, artığam, bu mühitdən çıxmalıyam. Hazırda reperlərlə işləyirəm. Bu günün dilində yazırlar və mən özümü o mahnılarda görürəm. Bəlkə də bəstəkarlar bu günün musiqisini qəbul etmirlər, bilmirəm. Amma bu, düzgün deyil.
Əvvəllər bir əlin barmağı qədər müğəni var idi. Hamı da onlara fokuslanmışdı. Amma indi sosial şəbəklərdə, efirdə, radiolarda, ictimai nəqliyyatda, taksilərdə səslənən mahnılar var. Görün, nə qədər müğənni var. Ləl-cəvahiratı tapmaq üçün gərək axtarasan".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi