Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin “Axtarma məni” mahnısını ifa etdiyi üçün tənqid olunur. Niyaməddin Musayev tərəfindən möhürü vurulan mahnını öz tərzində oxuduğu üçün Ü.Mehdizadənin ifası çoxları tərəfindən bəyənilməyib.
AvroMedia.az xəbər verir ki, Niyaməddin Musayev isə Pravda.az-a açıqlamasında deyib ki, Üzeyir Mehdizadəni tanımır, onun ifasında “Axtarma məni” mahnısını eşitməyib.
“İnsanlar müxtəlifdir, hərəsinin bir zövqü var. Mənim mahnımı oxuyubsa, yaxşı oxuyar, pis oxumaz. Sağ olsun ki, nəğmələrimi oxuyur, repertuarıma müraciət edib. Cavan ifaçılara baxıram. Eləsi var, tanıyıram, eləsi var, görməmişəm, əlaqəm yoxdur. Buna görə Üzeyir Mehdizadənin ifa tərzi barədə də fikir bildirə bilmirəm” – N.Musayev qeyd edib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur