“Gözüyumulu evlənməyin. Bir gəlin bir nəsli bədbəxt edir. Ev dağılır övladlar travma yaşayır”.
Bu sözlıri Əməkdar artist Mətanət İsgəndərli “Qonaqcanlı” verilişində deyib. Müğənni keçmiş gəlini ilə yaşadığı problemdən danışıb:
“Babalarımız düz edirdi: bir qızı alanda yeddi arxasını, nəslini, bütün sülaləsini öyrənməlisən. Çoxları deyirdi, nəslini alıram? Bir də görürsən nəsildə bir xarab var, gedib ona oxşayır. Qız almaq və vermək asan deyil. Mənim başım nələr çəkdi. Gözüyumulu evləndirdim. Hələ də çəkirəm. Bu yaşımda 3 uşağa baxıram. Yaşa dolmuşam, uşağa baxan yaşımdır?”.
Qeyd edək ki, ifaçının oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Onların 3 övladı var. Uşaqların qəyyumluğu əvvəl ataya verilib. Daha sonra isə uşaqlar anada qalıb. Hazırda uşaqlara M.İsgəndərli baxır. Kərim ikinci dəfə ailə qurub və bu nikahdan övladı doğulub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi