Türkiyənin məşhur yarışması “Yetenek sizsiniz Türkiye” ekranlara geri dönür.
AvroMedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
İş adamı, “TV8”in rəhbəri Acun Ilıcalının illərdir uğurla həyata keçirdiyi formatı bu dəfə “O3 Media” istehsal edəcək.
Proqramda ilk də yaşanacaq. Belə ki, veriliş dünyada ilk dəfə rəqəmsal platformada və “FreeTV”də birgə yayımlanacaq. Həm “NOW”, həm də “Disney Plus”da tamaşaçıların qarşısına çıxacaq.
“Yetenek sizsiniz Türkiye”nin münsiflər kürsüsündə əyləşəcək iki ad da açıqlanıb. Onlardan birinin aktrisa Eda Ece, digərinin isə aparıcı İbrahim Selim olacağı ehtimal edilir.
Qeyd edək ki, yarışma 2009-2018-ci illərdə yayımlanıb.



ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi