Müğənni Tacir Şahmalıoğlu “Tarixin bir günü” verilişində qalmaqallı açıqlamalar verib.
AvroMedia.az xəbər verir ki, verilişdə həmkarı Vəfa Şərifovadan incikliyini dilə gətirən sənətçi, İntiqam Kərimovla bağlı da mübahisəli fikirlər səsləndirib. Tacir Şahmalıoğlu, İntiqam Kərimovun Vəfa Şərifovanı tələbəsi adlandırmasına münasibət bildirərək, “Ona sadəcə iki gün dərs deyib” sözlərini işlədib.
“Vəfa mənim adımı çəkib müəllimi kimi təqdim edirsə, sağ olsun. Ancaq o, İntiqam Kərimovun yanına 2 gün gedib. Vəfanı mən bişirmişəm. Vəfa artıq o mahnıları oxuya bilir. Ariyanı oxumağı mənim də xoşuma gəldi. Bildiyim qədəri ilə onu qınamağa ehtiyac yoxdur. Məsələn mən birdən türk, yaxud fars mahnısı oxuyuram. Ürəyim istəyir oxuyuram. Burada nə var ki? Könlümə düşən də meyxana da oxuyuram. Nə olub? Qınanmalıyam?” – deyə ifaçı bildirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi