Müğənni Xatirə İslam ifaçı Nicar Məhərrəmlinin onun adından insanlardan pul aldığını, adamları aldatdığını deyib.
AvroMedia.az xəbər verir ki Nicat məsələ ilə bağlı açıqlama yayıb. O, Xatirədən üzr istəyib:
"Xatirə İslamın üzərimdə əməyi böyükdür. Maddi və mənəvi mənə dəstək olub. Səhv hərəkətimlə bağlı Xatirənin şəxsiyyətinə ziyan vuracaq bir şey etmişəm və buna görə üzr istəyirəm. Ona sayqım böyükdür, belə də davam edəcək".
Nicat bildirib ki, insanlar onun narkotik aludəçisi olduğunu iddia edib:
"Pis vərdişlər kəliməsi yanlış anlaşılıb. Əgər siz düşünürsünüzsə, pis vərdiş narkotikdir, yalandır. Bu yaşıma qədər heç vaxt narkotik istifadə etməmişəm. 36 yaşım var, hazıram analiz verib, sübut etməyə. Aludəçilik dedikdə, spirtli içki deyilib. Bu da ağır günlərimə görə olub. Bununla fəxr etmirəm, yanlışdır. Amma depressiyada olmuşam və istifadə etmişəm".
X.İslam isə Nicatın video açıqlamasına şərh yazaraq, bunları qeyd edib:
"Həyatda ən böyük arzularımdan biri də səni səhnədə, efirdə görməkdir. İnanıram ki, sən mənim o videomdan bir nəticə çıxardıb, məni sevindirəcəksən. Bu günə qədər elədiyin bütün xoşagəlməz nələr var idisə, onların hamısını silib yeni həyata başlamağı arzu edirəm. Sənə pis nəsə arzu edə bilmərəm".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi