Xalq artisti Tünzalə Ağayeva bu dəfə rep oxuyub.
AvroMedia.az xəbər verir ki, müğənni məşhur "Atəşim var, külüm yox" mahnısını fərqli tərzdə səsləndirib. Mahnını Emin Kərimi aranjiman edib.
Ağayeva mahnı üçün klip də çəkdirib.
Yeni işindən danışan Ağayeva "Mahnıda səslənən rep hissəsi əsərə bir yenilik qatdı. Dostum, meyxanaçı Fariz Zeynalov möhtəşəm bir qəzəl yazdı. Çünki çox istəyirdim ki, bu mahnı məhz hip-hop janrında səslənsin. Burada da rep tələb olunduğu üçün düşündük ki, belə maraqlı alınar. Klipdəki obrazım eşqə düşən, eşq axtaran müasir dərviş obrazıdır" sözlərini söyləyib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb