Ötən gün doğum gününü qeyd edən Xalq artisti Aygün Kazımova açıqlaması ilə diqqət çəkib.
AvroMedia.az xəbər verir ki, “Afaqla onlar” proqramına qonaq olan sənətçiyə veriliş zamanı sürpriz olunub.
Belə ki, hazırlanan videoçarxda Xalq artisti Röya Ayxan Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. O, həmkarının ünvanına xoş sözlər söyləyib:
“Ad gününü təbrik edirəm, cansağlığı arzu edirəm. Baxmayaraq ki, nə vaxtsa böyük qalmaqalımız olub. İllər keçir, biz böyüyürük, bəzi şeyləri başa düşürük. Cansağlığı, sənətdə uğurlar arzulayıram. Bizim rəqabətimiz mahnı üstündə olsun. Onsuz da heç vaxt şəxsi münasibətdə problem olmayıb. Bu, sənətlə, yəni balaca dedi-qodularla oldu. Sizi sevirəm”.
54 yaşlı Xalq artisti isə videonu izlədikdən sonra bunun onun üçün sürpriz olmadığını və elə ilk olaraq doğum günü təbrikini də Röyadan aldığını bildirib:
“Düz deyir, o məni, mən də onu çox sevirəm. Bir neçə gün əvvəl göyün yeddinci qatında məni ilk Röya təbrik etdi. Həmin gün biz eyni təyyarə ilə tədbirdən qayıdırdıq. Gəlib məni təbrik etdi, qucaqlaşdıq, öpüşdük. Başqa necə ola bilər? Başqa cür olmamalıdır. Bəzi xoşagəlməz şeylər yaşanıb. İndi Röya da böyüyüb, böyük qızdır. Mən də böyümüşəm, böyük qızam. Bilirəm ki, doğrudan da, Röyanın mənə böyük sevgisi var. Bu, qarşılıqlıdır. Röya, canım, mən də səni sevirəm”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi