Müğənni Lətifə Soyuözün "Hədəf" mahnısı 12 il sonra trend olub.
Mahnı bir anda TikTok-da məşhurlaşıb. Bəstəyə yüzlərlə video çəkilib.
"İncə səhər" verilişinə qonaq olan Lətifə bununla bağlı suala "O zaman "Hədəf"i oxuyanda çox sevildi. Amma ağır janr idi. İndi eşidirəm ki, TikTok-da trenddir. Baxıram ki, hər yerdə səslənir. 13 il əvvəl oxumuşam. Bu, məni sevindirir. Yaxşı musiqi qalır. Mahnını atam rəhmətə gedəndən sonra yazdırdım, bütün hisslərimi bura qoydum. Hisslərimi, həyatımızda baş verən məqamları açıq anlatdım" cavabını verib.
Qeyd edək ki, sözləri və musiqisi Günel Sərdarqızına aid olan mahnını rejissor Anar Hüseynov ekranlaşdırıb. Klip 2013-cü ildə təqdim edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi