"Səsimi yazmışdım maqnitafona. Uşaq idim ciddi qəbul etmirdilər. "Getmə, getmə yarım" xalq mahnısını oxudum. Bacımın yoldaşına qulaq asdırdım, dedi sən oxuyursan? Dedim hə. İlk tərifi ondan eşitdim. O vaxt deyirdilər, sənin səsin var? Deyirdim, var. İlk dəfə Naxçıvanda məhləmizdə bir toyda oxumuşam. Nəsibə Abdullayevanın "Qaragöz boy-boy" mahnısını oxumuşdum".
AvroMedia.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" verilişində deyib. Pop kraliça sənətə ilk gəldiyi günlərdən danışıb. kazımova ilk dəfə uşaqlıqda yaşadıqlarını bölüşüb:
"Bu haqda ilk dəfə danışıram. Uşaq vaxtı hansı dildə mahnı eşidirdim, başlayırdım oxumağa. Dili bilmirdim, amma oxuyurdum. Məktəbdə oxuyanda ansambla götürmürdülər, yaşım çatmırdı. Bir dəfə gürcü mahnısı götürüb getmişəm ansambla, mahnı da yadımda deyil. Özümdən düzüb-qoşdum. Başladım onu gürcü dilində oxudum, özümə də elə güvənirəm ki... Bir nəfər sual verən yoxdur ki, mahnını haradan almısan? O qədər ürəkdən, ciddi oxuyuram. Düşünürəm ki, görəsən sözlərə fikir verirlər? Çünki bir dəfə bir, növbəti dəfə başqa sözlər oxuyurdum".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi