Müğənni Şəbnəm Tovuzluya Türkiyənin Ortaköy ərazisində 160 min dollar qiyməti olan mənzil bağışlanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə müğənni “ARB”də yayımlanan “Həmin Zaur” verilişində deyib.
“Mənə Türkiyədə 2 milyonluq ev verilməyib. Heç mən bunu qəbul da etmərəm. Axısqa türklərindən olan biznes qadını Gülnarə xanım ailəvi dostumuzdur. İstanbulda 3-4 evi var. Mənə Ortaköydə beşmərtəbələrin beşinci mərtəbəsində ev bağışlamaq istədi. 63-65 kvadratmetrlik evdir, 160 min dollar qiyməti var. Mən isə dedim ki, eybi yox, məndən ilkin ödəniş alma, amma hər ay sənə 10-20 min dollar ödəniş edərəm. Evi ancaq belə qəbul edə bilərəm. Gülnarə xanım atama maşın hədiyyə edən xanımdır. O bilir ki, heç vaxt belə hədiyyələrin altında qalası xanım deyiləm. Gözü tox insanam. Hər kəs bilir ki, jesti kimə necə edir. Təbii ki, arzumdur, İstanbulda bir evim olsun”, – o bildirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi