"Bank işçisi deyir ki, plantasiyan var, sən də ağlayırsan?"
Tarix: 23-12-2024, 12:59
Baxılıb: 2 300
Google+ Paylaş
Tumblr Paylaş

"Bank işçisi deyir ki, plantasiyan var, sən də ağlayırsan?"

23-12-2024, 12:59

"Zəng ediblər ki, Elza Seyidcahan, oturmuşuk Qubada sizin restoranda. Çox gözəldir. Biri restoran açıb və insanlara mənim olduğunu deyib".
AvroMedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Günaydın, Azərbaycan" verilişində deyib. Müğənni onun adından dələduzluq edənlərdən danışıb:
"Bu yaxınlarda bank zəng vurub ki, niyə krediti ödəmirsiniz? Cavab verdim ki, bir az hadisələr oldu, edəcəyəm. Deyir, siz də ağlayırsınız? Sizin Şamaxıda üzüm plantasiyanız var. Dedi ki, faktlarla deyərəm ki, sizindir. Cavab verdim ki, heç olmasa mənə üzüm göndərsinlər. Bir gündə bir xanım deyir ki, sən də ağlayırsan? Zövqsüz villa tikdirirsən. dedim, yerini deyin, gedim zövqsüz villaya".скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ