Türkiyəli müğənni Mahsun Kırmızıgülün anası Faika Bazencir 99 yaşında vəfat edib.
AvroMedia.az xəbər verir ki , bu gün təşkil olunan vida və dəfn prosesində Mahsun çətin anlar yaşayıb. Belə ki, yas mərasiminə gələn bəzi vətəndaşlar anasını son mənzilə yola salmağa çalışan ifaçı ilə selfi çəkdirməyə çalışıblar. Onların bəziləri digər şəxslər tərəfindən oradan uzaqlaşdırılıb. Türk mediası baş verənləri "Anasının dəfnində Mahsun Kırmızıgülə qarşı edilən böyük ayıb. "Selfi xəstələri" Mahsunu rahat buraxmadı" kimi qələmə verib.
Görüntülər həmçinin sosial mediada da yayılaraq tənqid olunub.
Qeyd edək ki, Mahsunun anası Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Sənətçi Bakı konsertində anasının onu tanımamasından danışaraq, göz yazı tökmüşdü.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi