Demet Akalın bu səbəbə görə evini satdı
Tarix: 6-12-2024, 10:09
Baxılıb: 2 281
Google+ Paylaş
Tumblr Paylaş

Demet Akalın bu səbəbə görə evini satdı

6-12-2024, 10:09

Məşhur müğənni Demet Akalın, uzun müddətdir müzakirələrə səbəb olan kirayəçi problemi ilə bağlı radikal bir qərar qəbul edib.
AvroMedia.az xəbər verir ki, 5 min lirəlik kirayə haqqı ödəyən kirayəçisini qiyməti artırmağa razı sala bilmədikdə, evini satışa çıxarıb. Akalın bu qərarını sosial media üzərindən təsdiqləyərək kirayə artım faizlərinə dair tənqidlərini də dilə gətirib.
Müğənni daha əvvəl kirayəçisini izləyicilərinə şikayət edirdi və onun 5 min lirə kirayə ödədiyini iddia edirdi. Nəhayət, razılaşa bilmədilər və Demet Akalın satışa çıxardığı evini satdı. O, “Manikenlik edərək almışdım, satmaq məcburiyyətində qaldım” deyə bildirib.
Lakin dünən açıqlanan məlumatlara görə, kirayələrə 60% artım faizi Akalını yenidən əsəbiləşdirib. Kirayəçilər yüksək qiymətlərdən şikayətlənərkən, Demet Akalın isə ev sahiblərinin nöqteyi-nəzərindən baxaraq artım faizini aşağı hesab edib və buna etirazını bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ