Türkiyəli müğənni Demet Akalın ötən gün arıqlaması ilə bağlı yayılan açıqlamasına aydınlıq gətirib.
AvroMedia.az xəbər verir ki, ifaçı çəkisində problem olmayan insanlara arıqlamaq üçün nəzərdə tutulan dərmanlardan uzaq durmağı məsləhət görüb. Artıq çəkidən əziyyət çəkən şəxslərə isə yalnız həkim nəzarəti altında hər hansı vasitələrdən istifadə etməyi məsləhət görüb:
"Bir müddət əvvəl zəhərlənmişdim. Buna səbəb arıqlamaq üçün atdığım həblər idi. Amerikadan almışdım. Ən az dozlu iynələrini vurdururdum. Əslində ehtiyac da yox idi. Özüm arıqlamışdım. Amma insan övladı, həmişə daha artığını istəyir. Heç kimə də tövsiyə etmirəm.
Əvvəlcə qusmaqla başladı, sonra halsızlıq yarandı. Bütün bədənimdən duz, su ixrac olundu, sanki qurumuşdum. Adi baş ağrısı üçün atdığım dərmanları belə bədənimdən atdı. Bədənim üçün zəruri olan-olmayan hər şey axıb getdi. Ona görə halım qalmamışdı. Bir həftə, 10 gündür özümə gəlmişəm. İndi axşamlar yeməməyə çalışıram. Mütləq həkimlə məsləhətləşin, yoxsa həqiqətən bu cür şeylər təhlükəlidir".

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu