Aktrisa-aparıcı Turanə Hüseynli “Gergedan Yapım” şirkətinin dəvəti ilə Türkiyədə fəaliyyət göstərəcək.
AvroMedia.az xəbər verir ki, o, daha öncə 5 il dayanmadan səhnə alan “Yetersiz Bakiye – Hesap kesim” tamaşanın yeni quruluşunda rol alacaq.
“Deyəsən, ilk dəfədir ki, hansısa teatr Azərbaycandan aktrisa dəvət edir. Mən də artıq 1 aydır bu və bir neçə film, serial ilə əlaqədar İstanbula köçmüşəm .
Tamaşada mənim rolum türk bir qız üçün yazılmışdı. İştirakım təsdiqlənəndən sonra rolu azərbaycanlı qız olaraq dəyişiblər. Yəni tamaşada mən həm türk türkçəsi, həm də öz ana dilimdə danışacağam” deyə, Turanə bildirib.
Qeyd edək ki, dekabrın sonu səhnə alacaq tamaşa komediya janrındadır. Daha əvvəlki mövsümdə səhnə əsəri 500 mindən çox tamaşaçıya çatıb. Səhnə işi bu il həm Türkiyə, həm də dünya turu edəcək

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası