Əməkdar artist Vasif Məhərrəmli qızı Əfşanın arzusunu gerçəkləşdirməyib.
AvroMedia.az xəbər verir ki, "İncə səhər" proqramı bununla bağlı ifaçıya sual ünvanlayıb. Belə ki, V.Məhərrəmli övladına universitetə qəbul olduğu halda avtomobil alacağına söz verib. Amma müğənni hələ də bu sözünü gerçəkləşdirməyib.
Bunun səbəbini açıqlayan V.Məhərrəmli "Əfşan maşın sürməyə hazır deyil. İndi yavaş-yavaş öyrənir. "Mini Cooper" istəyir. İnşallah, birtəhər toparlanıb alarıq. Qızım 660 bal topladı və ADA Universitetinin hüquq fakültəsini bitirdi. İndi işləyə-işləyə magistraturaya qəbul olmaq istəyir. Onun istəyi xaricdə təhsil almaqdır. Xeyirlisi nədirsə, o, olsun" sözlərini əlavə edib.
Qeyd edək ki, V.Məhərrəmlinin bir oğul övladı da var.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb