"Hiss edirəm ki, Oqtay hələ də yanımdadır"
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevdən danışıb.
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevdən danışıb.
"Birlikdə 30 il ömür yaşadıq. Onun gedib-gələn nəfəsini, hər hansısa bir addımımda hansı reaksiya verəcəyini və ya verdiyini, belə anda o, nə deyərdini o qədər yaxşı hiss edirəm ki... O mənim enerjimdə hər kəsə yansıya bilir. Bu sözü ilk dəfə sən dedin ki, (proqramın aparıcısı, aktyor Kamran Ağabalayevi nəzərdə turur - red.) mənə elə gəlir ki, Oqtay hələ də yanındadır. Bu fikri indiyə kimi səsləndirməmişəm. Sadəcə, özümü elə hiss edirdim".
Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında dünyasını dəyişib. Onun idarə etdiyi “Lexus Lx470” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev vəfat edib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi