Xalq artisti Fatma Mahmudova ilə "Elgizlə izlə" proqramında ekspert qismində oturan Esmira Qafarova arasında mübahisə düşüb.
AvroMedia.az xəbər verir ki, buna səbəb eskpertin aktrisanın qızı Nigar Tofiqızının mahnısına irad bildirməsi olub. Etirazını deyən F.Mahmudova sərt sözlər deyib:
"Bilirsiniz ki, kanala və aparıcıya hörmətim var. Nigar Azər Zeynalov, Yaqut Abdullayevadan dərs alıb, muğam dərsinə gedib. Bura gəlməmişik ki, münsif fikir bildirsin: Nigar bu nə mahnıdır oxuyur. Klipin ilk nümayişi idi, lazım deyildi belə sözlər. Mənə sizin yox, tamaşaçının fikri önəmlidir. Övladıma irad bildirə bilməzsiniz. Ona xeyir-dua verməkdən, deyirsən ki, bu, nə mahnıdır. Səhnə arxasında deyərdiniz. Siz oxumağı bacara bilməzsiniz. Hərə öz işi ilə məşğul olsun. Gərək səni Azərbaycanda musiqişünas qoysunlar".
E.Qafarovanın "Tamaşaçı kimi fikir bildirdim. İradı qəbul etmirsiniz. Müğənni deyiləm ki..." sözlərinə aktrisa "Yaxşı ki, müğənni deyilsiniz. Müğənniliyə də fitri istedad lazımdır" cavabını verib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi