Müğənni Xatirə İslam paylaşımına görə onu tənqid edənlərə cavab verib.
AvroMedia.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O, toyda qaşıqla musiqiçilərə aş yedizdirməsini tənqid edənlərə bunları söyləyib:
"Aş isti idi, mikrob düşməz. Toyun ortasında aş gəldi, qoxusu hər yeri bürüdü. Mən də qaşıq götürüb, uşaqları yedizdirdim. Hər zaman istəyirəm ki, hamının qarnı tox olsun. Paltarı köhnə olsun, evi olmasın, kirayədə qalsın, amma qarnı tox olsun. Ac insana dözə bilmirəm".
Xatirə şair Nazilə Səfərlinin onun haqqında dediyi "Xatirə xaraktercə pessimist adamdır. Onu xoşbəxt etmək çətindir. Davamlı xoşbəxt ola bilmir. Bir dəfə sanatoriyaya gedib. Terapevt söz soruşub, o da deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm" sözlərə belə reaksiya verib:
"Heç kimin başı üçün deyil xoşbəxtliyim haqqında şərh bildirsin və ya müzakirə etsin. Çox xoşbəxtəm, Fəxrəddin kimi həyat yoldaşım, Emil kimi övladım var. İşim, gücüm, evim, ailəm, gözəlliyim, Allahın verdiyi səsim var. dünya gözəli olmasam da, eybəcər də deyiləm. Atam, anam, niyə xoşbəxt olmamalıyam? Bacım, qardaçım var".

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası