“Estradamızın bayrağını qürurla daşıyır və heç kimə də vermir. Canıyla, qanı ilə sənəti sevərək bağrına basıb, qucaqlayıb. Bunu heç kim onun əlindən ala bilməz”.
AvroMedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov “Hər zaman musiqi” verilişində Xalq artisti Aygün Kazımova ilə bağlı açıqlamasında deyib. Aktyor Pop kraliçanın sənətindən, mahnılarından danışıb:
“İnsan başdan ayağa istedadddır. İnsan hər mahnısında, çıxışında, görünüşündə tamaşaçını sevindirirsə, o, xoşbəxt sənətkardır. Aygün xanıma can sağlığı diləyirəm. Səhnəmizdən əskik olmayasınız. Daima inovator olasınız. Tamaşaçı sevgisi sizdən usanmasın. Usanmaz da. Sizi bizim nəsil sevirsə, görün yeni nəsil necə sevir. Mahnılarınızı sevə-sevə oxuyurlar”.
C.Rəhimov türkiyəli ifaçı Ajda Pekkanın Kazımovanın “Yenə tək” mahnısını oxuyarkən onun ifa tərzini təkrarlamasından söz açıb:
“Ajda Pekkana qaldıqda isə, fikir etməyin. O qədər sizin səsinizlə oxumaq istəyən var ki… Ajda da onlardan biri”.
Aktyor müğənnini parodiya etməsindən danışıb:
“Yeganə sənətkardır ki, onu sevə-sevə parodiya edirəm. Birin-birə səhnəni Aygünə ver, onu yüzün-yüzə etsin. Aygünün qədrini bilməliyik. Ona kömək etməliyik ki, dünyaya çıxsın. Aygün hansısa bəstəkarın mahnısını oxuyanda elə bilirsən Aygünün musiqisidir, sözləridir. İnsan sənətinə daxilini bu qədərmi qoyar?”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi