Aparıcı Aytən Səfərova apreldə düşdüyü qəzadan sonra efirə qayıdır.
AvroMedia.az xəbər verir ki, o, yeni mövsümdə yenidən "Xəbər ertəsi" verilişində aparıcılıq edəcək.
Xatırladaq ki, qəzadan sonra proqramı aparıcı Mehman Rəsulovla birlikdə verilişin redaktoru Ruzana Kərimli aparırdı.
Qeyd edək ki, A.Səfərova apreldə qəzaya düşüb və həmin gündəm efirə çıxmır. Hadisə səhər saatlarında 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb