Atası İbrahim Tatlısəsin uşaqlara qarşı ayrıseçkilik etdiyini söyləyərək yaşadıqlarını bir-bir izah edən müğənni Dilan Çıtak Tatlısəs sosial media hesabında "Tatlısəs" soyadını çıxarıb.
Son günlər Dilanın atası ilə arasında olan qalmaqal bitmək bilmir. Bu dəfə isə o, atasının soyadından imtina edib. Dilan bildirib ki, atası övladları arasında ayrıseçkilik edir.
O, Çıtak soyadından istifadə etməyə başlayıb. Soyadını çıxardıqdan sonra "Evə qayıtdım" paylaşan Dilan Hadisənin "Biz varıq" mahnısını da əlavə edərək sosial şəbəkədə paylaşıb.
İbrahim Tatlısəs ötən həftələrdə qızı ilə olan fotolarını silib və onu izləməyi dayandırıb. Atasının bu addımından sonra açıqlama verən Dilan Çıtak "Bir qıza qarşı edilən zorakılığı, psixoloji təzyiqi hər kəs bilməli və görməlidir. Bir qız olaraq bu gün sussam, uşaqlarımız sabah eynisini yaşayacaq" deyə, bildirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi