Corcinadan ayrılsa, sərvət ödəyəcək
Tarix: 21-08-2024, 08:10
Baxılıb: 3 437
Google+ Paylaş
Tumblr Paylaş

Corcinadan ayrılsa, sərvət ödəyəcək

21-08-2024, 08:10

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriquezdən ayrılarsa, ona sərvət ödəməli olacaq.
Bu barədə Portuqaliyanın “TV GUIA” jurnalı məlumat yayıb.
İddia olur ki, Ronaldo ilə onun beş uşağından ikisinin anası Corcina arasında müqavilə var. Belə ki, əgər cütlük ayrılarsa, Ronaldo ayda 85 min funt sterlinq ödəyəcək.
Bu şərtin 2017-ci ilin noyabrında qızları Alana Martinanın doğulmasından sonra qüvvəyə mindiyi bildirilir.
Anlaşmaya əsasən, Ronaldo təkcə həyat yoldaşına pul ödəməyəcək. Corcinanın 2010-cu ildə Ronaldonun Madriddə aldığı evinə də sahibi olacağı iddia edilir.
Futbolçu Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından biri olan və ona 173 milyon funt sterlinq qazandıran “Əl-Nəsr”la qazanclı müqaviləsi ilə yanaşı, kassasını müxtəlif sponsorluq müqavilələri ilə doldurduğu deyilir.
Qeyd edək ki, Ronaldonun sərvəti 600 milyon dollar civarındadır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ