Nigarın qızı Londonda universitetə qəbul oldu
Tarix: 15-08-2024, 15:25
Baxılıb: 3 403
Google+ Paylaş
Tumblr Paylaş

Nigarın qızı Londonda universitetə qəbul oldu

15-08-2024, 15:25

Müğənni Nigar Camalın qızı Jasmin İngiltərədə universitetə qəbul olub.
AvroMedia.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, qızının "London Şəhər Universiteti"nə qəbul olunduğunu bildirib:
"Bu gün çox sevincliyəm. Çünki mənim böyük qızım Jasmin İngiltərənin ən nüfuzlu universitetlərindən biri olan "City University of London"a qəbul olub. O, İqtisadiyyat fakültəsində təhsil alacaq. Çox şadam ki, qızım ümidlərimi doğrultdu. Buranın məzunları arasında çox məşhur biznesmenlər, akademiklər var. İnşallah sən də onlardan biri olarsan! Səninlə fəxr edirəm, anasının balası! Arzum səni həmişə xoşbəxt və çox gözəl yerlərdə görməkdir!"
Qeyd edək ki, Nigar Camalın Jasmindən başqa Saida adlı daha bir qızı var.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ