“90-cı illərdə işləmirdim və oğlum bronxial astmadan əziyyət çəkirdi. Bir dərman var idi. O da Azəbaycanda çox baha qiymətə satılırdı. Az qalmışdım ki, o dərmanı almaq üçün süpürgəçilik edim”.
AvroMedia.az xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.
O bildirib ki, uzun müddət işsiz qalıb:
“Qonşunun qapısını döyüb, rica etdim ki, evində təmizlik işçisi olum. Dedim, ona verdiyin pulu mənə ver, çatdıra bilmirəm, uşağımın dərmanını almalıyam. O qadın da ailəmi, nəslimi tanıyırdı, təhsilli biri olduğumu da bilirdi. Ağlayıb dedi ki, gəl, evimdə qal, kirayə pulu almayacağam, o pula da uşağının dərmanını al. Mən 2 il o xanımın evində kirayədə qaldım. Bu haqda heç bir yerdə açıqlama verməmişəm, çünki özəl məsələdir. O qadın imkanl idi, artıq dünyasını dəyişib. Allah ona rəhmət eləsin”.//Olay

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur