78 yaşlı məşhuramerikalı aktrisa Bette Midler 40 illik evliliyindən danışıb.
AvroMedia.az xəbər verir ki, Midler 1984-cü ildən əri Martin von Haselberqlə evli olduqlarını və münasibətlərinin əvvəlindən ayrı yataq otaqlarında yatdıqlarını açıqlayıb. Evliliklərini "möcüzəli səyahət" olaraq xarakterizə edən Midler bir-birlərinə çox azadlıq verdiklərini, davamlı olaraq bir-birlərini bezdirmədiklərini bildirib.
Aktrisa əlavə edib ki, hələ də xoşbəxt olmalarının sirri məhz 40 ildir ayrı yataqda yatmalarıdır.
Midler söyləyib ki, həyat yoldaşı xoruldayır. Buna görə də yataq otaqlarını ayırmalı olublar.
Cütlüyün 1986-cı il təvəllüdlü Sofi adlı bir qızı var. Midler qızını özünün "ən böyük nailiyyəti" hesab etdiyini söyləyib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi