Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” klinikasının mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayevin vəhşicəsinə döyülməsi ilə nəticələnən videogörüntülərin sosial şəbəkələrdə yayılması ictimai diqqəti bu istiqamətə yönəldib.
AvroMedia.az xəbər verir ki, tanınmış televiziya jurnalist, “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı da məsələyə münasibət bildirib. O, Facebook sosial şəbəkəsində paylaşımların birinin altına bu məzmunda şərh yazıb:
“Baltanı kim atıb və niyə? Araşdırmaq lazımdır”.
Bundan sonra Xoşqədəm Hidayətqızı ilə Ağadadaş Ağayevin pərəstişkarları arasında müzakirə başlayıb. Aparıcı fikirlərinə belə davam edib:
“Nə olur-olsun, o, balta atılmamalı idi! Və əgər tanınan insandırsa, heç atmamalı idi”.
Tərəflər arasında müzakirə bununla da yekunlaşmayıb. Xoşqədəm Hidayətqızı sonadək öz fikrində qalıb:
“Xalq artisti belə bir addım atmamalıdır”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi