"Tanınmış insanlar var ki, xəstələnib yatağa düşəndə evlərinə getmişəm, qoxudan burnumu tutub qalmışam. Adlarını heç vaxt çəkmərəm. Görmüşəm ki, çirkin içindədir. Dedim, axı bu insan sizin üçün nələr etdi, zülm çəkdi, hamınıza ev aldı. Siz də bu yazığa baxın da...".
AvroMedia.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, xəstələndikdən sonra yatağa düşən bəzi sənətçilərə yaxşı qulluq olunmamasından şikayətlənib:
"Bir dəfə əməkdaşımız gedib söhbətini etdiyim məşhurun evinə. Oradan bizə görüntülər gəlib və verilişin başlamasına da 2 dəqiqə qalıb. Baxıram ki, çarpayının rəngini təyin etmək mümkün deyil. Rəhmətliyin dırnaqları uzun və çirkin içində. Ev nə gündə, şoka düşdüm. Bizim dostluq münasibətimiz var idi. Dedim ki, gəlin, bunu efirə verməyək. Biabırçılıqdır, göstərsək, ayıb olacaq. Rəhmətliyi aparıb kəfənləsinlər, ondan sonrakı görüntüləri nümayiş etdirək. Ailə üzvləri, sənətkarla baxın! Onların qayğısına qalın. Birinci siz onların dəyərini bilməsiniz. Sonra isə özgələri".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi