Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin 11 milyon dəyəri olduğu iddia edilən saatı gündəmdən düşmür.
AvroMedia.az xəbər verir ki, 41 yaşlı gözəl ötən həftə Muğla Göcekdə qaldığı otelin estakadasında kameralara tuş gəlib.
Aktrisa səhər saat 07:00 radələrində estakadaya gələrək bir müddət mənzərəni seyr edib. Daha sonra Cavadzadə lojaya gedib, orada dincəlib və kitab oxuyub. Bu zaman çəkilən fotolarda qolundakı saat diqqət çəkib. Saatın 11 milyon lirə (təxminən 571547 manat) olduğu iddia edilib.
Bebekdə görüntülənən aktrisa saatı ilə bağlı suala "Belə bir qiymət var? Təbii ki, yazılanlar doğru deyil. Əgər belə bir qiymət olsaydı, vergi məmurları qapıma gəlib bu qədər vergi istəyərdi" cavabını verib.

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...