Müğənni Elnarə Xəlilova tənqidlərə cavab verib.
AvroMedia.az xəbər verir ki, sənətçinin "Rəngarəng səhər" verilişinə qonaq olması və orada proqramlara qatılmaması haqda danışması izləyiciləri tərəfindən tənqid olunub. E.Xəlilova Axşam.az-ın instaqram səhifəsində ünvanına yazılanlara reaksiya verib.
Sözügedən verilişə qatılmasını ona yaraşdırmayanlara ifaçı "Əslində 106.3 FM-in 20 illiyi idi, rəhbərlik şəxsən xahiş etmişdi. Efir çağırır, Elnarə getmir" sözlərini yazıb.
E.Xəlilova daha sonra "Gedirsən var, getmirsən var. Həm tamaşaçı qınayır ki, niyə efirə çıxmırsınız. Həm də aparıcılar qınayır ki, çağırırıq gəlmirsiniz, biz də məcbur efiri nə gəldi ilə doldururuq. Efir xalqındı. Heç kimin dədəsinin efiri deyil. Ona görə də mütləqdir ki, sənətçilər efirdə sənə göstərsinlər" sözlərini əlavə edib.
Qeyd edək ki, ötən gün sözügedən proqramda aparıcı Zaur Nəbioğlu ilə Elnarə Xəlilova arasında mübahisə düşmüşdü.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi