"Xaricdə Tiktok-dakıları görürəm, nəsə təqdim edirlər: şəkil çəkir, nəsə maraqlı iş görür, sənə nəsə öyrədir. Sən də bunun qarşılığında ona gül və ya şir atırsan. Azərbaycanda isə telefonu açdı, canlıya girdi, başlayır "mənə gül yollayın", bu, dilənçilikdir. Sən heç bir şey sunmadan, qarşılığı olmadan insanlardan nəsə istəyirsənsə, bunun adı dilənçilikdir. Bu, şərəfli iş deyil. Şərəfsizlik də deyil, amma yaxşı iş deyil".
AvroMedia.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Qız kimi" yutub layihəsində deyib. Sənətçi TikTok-dan və orada canlı yayıma girib, hədiyyə istəyənlərdən danışıb. Elməddin onları "dilənçi" adlandırıb.
E.Cəfərov sosial şəbəkədə yazılan tənqidlərdən söz açıb:
"Bir çox tanınmış dünyasını dəyişdi. Bir "Allah rəhmət eləsin" yazmırlar. Ölüyə lənət oxumaq nə vaxtdan dəb oldu? Kimə şərəf gətirib? Ölüyə qarşı niyə aqresivik? "Allah rəhmət eləsin" sözünü leksikamızdan çıxarırıq. Üzülürəm bu duruma. Düşmənimiz olmayan hər kəsə "Allah rəhmət eləsin" deyə bilirəm. Baxıram, nələr yazırlar, səbəbini bilmirəm".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi