Polat ailəsi haqqında yeni qərar
Tarix: 25-06-2024, 17:23
Baxılıb: 2 856
Google+ Paylaş
Tumblr Paylaş

Polat ailəsi haqqında yeni qərar

25-06-2024, 17:23

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomeni Dilan Polat, Engin Polat və Sezgin Polatın sərbəst mühakimə olunmalarına qərar verilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, Banu Parlak işi üzrə mühakimə olunan Polat ailəsi bu gün hakim qarşısına çıxıb. Onlar üçün sərbəst mühakimə olunmasına qərar verilib.
Lakin barələrindəki digər ittihamlara görə onların həbsi davam edəcək. Buna görə də, Polat ailəsi yenidən həbsxanaya göndəriliblər.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Bir neçə gün əvvəl isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ