"Bütün xəstəliklərin ağrı-acılarına qalib gəlmək mümkündür. Amma bir insanın hərəkəti, yeriməyi, əli-ayağı məhdudlaşanda çox çətin olur. Bu, aktyor tayfası üçün isə böyük bəladır".
AvroMedia.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Elgizlə izlə" verilişində deyib. O, artıq bir müddətdir əsadan istifadə etmədiyini açıqlayıb:
"Öz mədəniyyəti ilə bizə, sizə xidmət edən, öz tərbiyəsi ilə "halal olsun" sözünü qazanan, öz kişiliyi ilə ailəsinin, dostlarının, tanışlarının hər zaman üzünü ağardan aktyorları, incəsənət insanlarını itirmişik. Mən çox kövrəlirəm ki, gör, biz kimləri itirmişik. Sizə açıq etiraf edim ki, meydan çox bayağılaşıb.
Əsa ilə gəzirdim. Onu artıq atıb, buraya öz addımlarımla gəlmək istəyirdim. Artıq öz addımlarımla yeriyə bilmə xoşbəxtliyinə nail olmuşam. 5 gündür ki, əsasız gəzirəm".
Qeyd edək ki, A.Bəşirqızı səhhətində olan problemə görə uzun müddət səhnədən uzaq qalıb. O, ötən il sözügedən tamaşa ilə səhnəyə qayıtmışdı.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi