Həbsdə olan Dilan Polat: "Gərək o paylaşımları etməzdim, çox peşmanam"
Tarix: 16-12-2023, 12:38
Baxılıb: 1 534
Google+ Paylaş
Tumblr Paylaş

Həbsdə olan Dilan Polat: "Gərək o paylaşımları etməzdim, çox peşmanam"

16-12-2023, 12:38

Ötən ay həbs edilən sosial media fenomeni Dilan Polat ilk dəfə peşman olduğunu etiraf edib.

Dilan sosial şəbəkədə etdiyi paylaşımları səbəbindən peşman olduğunu bildirib.
Bu barədə sosial media fenomeni vəkili vasitəsilə yaydığı açıqlamada qeyd edib:
"Sosial şəbəkədə etdiyim paylaşımlar izləyicilərim üçün idi. Gündəlik həyatımda baş verənləri əks etdirmir. Amma gərək o paylaşımları etməzdim. Çox peşmanam. Çox kədərlənirəm və artıq dözə bilmirəm".
Xatırladaq ki, noyabrın 5-də Türkiyənin Azərbaycanda da çox izlənən sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub.
Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ