Nazənindən Təranə Qumrala məsləhət: “52 min manatlıq saatını satıb maşın alsın”
Tarix: 11-11-2023, 23:49
Baxılıb: 2 658
Google+ Paylaş
Tumblr Paylaş

Nazənindən Təranə Qumrala məsləhət: “52 min manatlıq saatını satıb maşın alsın”

11-11-2023, 23:49

“Mən şişirdilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları aksesuarların qiymətini şişirdilmiş şəkildə deyirlər”.
Axsam.az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva verilişlərin birində qonaq olarkən deyib. O, geyimlərinin qiymətinin süni şəkildə artıran həmkarlarını tənqid edib:
“Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır. Amma sürdükləri avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda beş gün yaşayırıq. Normal müğənnidirlər, insan arasına çıxırlar, o 52 min manata dediyi saatı satıb özlərinə yaxşı avtomobil alsınlar. Əyləşib maşına həyatlarının kefini çəksinlər. Qonşudan, rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər. Əziz tamaşaçılar, onların elədikləri sizə görə deyil, bəzi digər müğənnilərə acıq vermək üçündür. Siz bunu özünüzə götürməyin. Buna görə heç də əsəbləriniz korlanmasın.
Keçən səfər bir məclisdə idim. Xanımlar yaxınlaşdılar söylədilər ki, məşhurların efirə çıxıb geyimlərinin qiymətlərini söyləməsi düzgün deyil. İndi həmin müğənnilərə resept versələr ki, gedin bu dərmanı imkansız şəxsə almaq lazımdır, onu almamaq üçün 50 bəhanə gətirəcəklər. Amma burada həqiqətən də şişirdilmiş giymətlər deyilir. Axı bu göstərişlər nəyə lazımdır? Bu kimi şeyləri demək Allaha da xoş getmir. İnsanın adamlığı vicdanı, əxlaqı, yaşayışı gərək bahalı olsun. Qalanları boş şeylərdir. Belə şeylər efirdə danışıb insanları aldatmaq, ələ salmaq deməkdir”.
Xatırladaq ki, sözügedən verilişdə daha əvvəl Nazəninin qalmaqal yaşadığı müğənni Təranə Qumral qonaq olaraq ümumilikdə proqrama gəlmək üçün 52 min manat xərclədiyini açıqlamışdı.
Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal illər əvvəl televiziya verilişlərinin birində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdilər. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ