Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Tarix: 10-11-2023, 13:35
Baxılıb: 256
Google+ Paylaş
Tumblr Paylaş

Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi

10-11-2023, 13:35

Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polatın bacısı Sıla Doğunun başqa bir məhkumla dava etdiyi iddia olunur.


Məlumata görə, məhkumlardan biri onların ünvanına ifadələr işlədib, Sıla Doğu da qadının üstünə gedib.


Məmurlar tərəfləri çətinliklə ayırıb.


Qeyd edək ki, Dilan Polat və bacısı Sıla Doğu Silivridə təşkilat cinayətkarlarının saxlandığı 9 saylı ciddi rejimli həbsxanada  saxlanılır. Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.


Həmçinin Dilanın həyat yoldaşı Engin Polat, Engin Polatın qardaşı Kürşat Polat da saxlanılanlar arasındadır.


Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. İkiliyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.


Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ