Tarix: 27-07-2023, 16:19
Baxılıb: 1 062
İrem Dericinin konsertinə getmək istəyənlərin nəzərinə
27-07-2023, 16:19
Türkiyənin məşhur müğənnisi İrəm Derici Bakıda konsert verəcək.
Bu barədə iTicket.az saytı məlumat yayıb.
Məlumata görə, konsert oktyabrın 7-i saat 19:00-dan 20:30-dək Heydər Əliyev Sarayında keçiriləcək. Konsertə biletlərin qiyməti minimum 30, maksimum isə 200 manatdır.
Qeyd edək ki, İrəm Dericinin 28 mayda Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv olunmuşdu. O zaman biletlərin qiyməti minimum 65, maksimum isə 250 manat idi.
скачать dle 12.1