Xəbər verdiyimiz kimi, "Ümid var" yaradıcılıq qrupunun hazırladığı "Arşın mal alan" tamaşası ilk dəfə jest dili ilə nümayiş olunub. Bildirilib ki, tamaşada əvvəlcə başqa aktyorların yer alması nəzərdə tutulsa da, sonradan onlar imtina edib. Sözügedən aktrisalardan biri də Zümrüd Qasımova olub.
Z.Qasımova açıqlamasında həmin gün səhnəyə çıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb. O bildirib ki, tamaşadan imtina etməsinə səbəb jest dilinin çətinliyi olmayıb:
"Təklif gəldi, dedim problem deyil. Belə layihələrdən qaçmıram. Fiziki məhdudiyyətli aktyorlarla tamaşa oynamışam. Soruşdum ki, nə vaxt olacaq? Dedilər, iyunda. Mən isə festivala hazırlaşırdım. Dedim ki, üzürlü sayın, festivalla üst-üstə düşər və sizi yarı yolda qoyarıq. Jest dili ilə tamaşa oynamaq çətindir. Amma bu o demək deyil ki, mən bunu bacarmazdım. Belə layihələrin olmasına hər zaman sevinmişəm".
Qeyd edək ki, tamaşa Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş eşitmə məhdudiyyətli şəxslərin I Mədəniyyət Festivalı çərçivəsində göstərilib//axşam.az

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası